🎓 Biliklərinizi sınamağın vaxtıdır! Qarşıdakı BQM imtahanlarına qeydiyyatdan keçin və nəticənizi

Yalnız qiymətləndirmə. Yalnız keyfiyyət.

Bilik Qiymətləndirmə Mərkəzi — sınaq imtahanlarının təşkili, keçirilməsi və nəticələrin qiymətləndirilməsi üzrə ixtisaslaşmış müəssisədir.

Fəaliyyətimizin əsas istiqaməti sınaq imtahanlarının yüksək keyfiyyətlə, şəffaf və vahid standartlar əsasında təşkili və qiymətləndirilməsidir.

Biz kurs və hazırlıq xidməti göstərmirik. Repetitorluq fəaliyyəti ilə məşğul olmuruq. Bütün diqqətimizi yalnız qiymətləndirmə prosesinin keyfiyyətinə yönəldirik.

HAQQIMIZDA

Bilik Qiymətləndirmə Mərkəzi ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən, əsas fəaliyyət istiqaməti sınaq imtahanlarının təşkili və qiymətləndirilməsi olan ixtisaslaşmış qiymətləndirmə müəssisəsidir.

Bizim yanaşmamız sadədir:

  • Kurs fəaliyyəti yoxdur.
  • Hazırlıq xidməti yoxdur.
  • Repetitorluq yoxdur.
  • Yalnız qiymətləndirmə var.

Bu ixtisaslaşma bizə bütün resurslarımızı sınaq imtahanlarının təşkilinə yönəltməyə, prosesin hər mərhələsinə nəzarət etməyə və iştirakçılara vahid standartlar əsasında xidmət göstərməyə imkan verir.

REGİONAL NÜMAYƏNDƏLİKLƏR

Bilik Qiymətləndirmə Mərkəzinin regional nümayəndəlikləri ölkənin müxtəlif bölgələrində keçirilən sınaq imtahanlarının yerli təşkilinə və keyfiyyət standartlarına uyğunluğuna nəzarət edir.Regional nümayəndəliklərin əsas funksiyası yalnız imtahanı təşkil etmək deyil.Onlar imtahan prosesinin yerində nəzarətini, koordinasiyasını və standartlara uyğunluğunun yoxlanılmasını həyata keçirirlər.

MİSSİYAMIZ

Əsas missiyamız təhsil prosesində şəffaf, obyektiv və yüksək keyfiyyətli qiymətləndirmə mexanizminin formalaşdırılmasına töhfə verməkdir.

Bu məqsədlə:

  • sınaq imtahanlarının
  • keyfiyyətli təşkilinə;
  • imtahan prosesinin şəffaflığına;
  • vahid təşkilati standartların tətbiqinə;
  • peşəkar imtahan heyətinin formalaşdırılmasına;
  • müasir qiymətləndirmə texnologiyalarından istifadəyə;
  • nəticələrin operativ və düzgün təqdim edilməsinə

xüsusi diqqət yetiririk.

VİZYONUMUZ

Qiymətləndirmə sahəsində ixtisaslaşmış və ölkə üzrə vahid standartlarla fəaliyyət göstərən peşəkar imtahan şəbəkəsinə çevrilmək.

Vizyonumuz:

  • ölkənin bütün bölgələrində vahid qiymətləndirmə standartlarının tətbiqi;
  • sınaq imtahanlarının peşəkar təşkilinin təmin edilməsi;
  • müasir test və qiymətləndirmə texnologiyalarının tətbiqi;
  • peşəkar imtahan heyətinin formalaşdırılması;
  • nəticələrin operativ və şəffaf şəkildə təqdim edilməsi;
  • qiymətləndirmə sahəsində etibarlı və tanınan institusional strukturun yaradılmasıdır.

NİYƏ YALNIZ QİYMƏTLƏNDİRMƏ?

Hazırlıq kurslarından fərqli olaraq, Bilik Qiymətləndirmə Mərkəzinin fəaliyyəti yalnız bilik və bacarıqların ölçülməsi və qiymətləndirilməsi üzərində qurulub.

Bizim üçün əsas məqsəd şagirdə dərs keçmək deyil, onun mövcud bilik səviyyəsini real imtahan şəraitində müəyyənləşdirməkdir.

Bu ixtisaslaşma bizə:

  • daha çox fokuslanmağa,
  • prosesə daha ciddi nəzarət etməyə,
  • vahid standartlar tətbiq etməyə
    və qiymətləndirmənin keyfiyyətini davamlı artırmağa imkan verir.

BQM İmtahanında İştirak etmək çox asandır

about us new 1
İmtahanı seçin

Sizə uyğun imtahanı və fənni müəyyən edin.

about us new 3
Qeydiyyatdan keçin

Şagird məlumatlarını daxil edərək qeydiyyatı tamamlayın.

about us new 2
İmtahanda İştirak edin

Müəyyən edilmiş tarix və məkanda imtahanda iştirak edin.

KEYFİYYƏT STANDARTLARIMIZ

Fokuslanmış İxtisaslaşma

Fəaliyyətimizin əsas vəzifəsi yalnız sınaq imtahanlarının təşkili və qiymətləndirilməsidir.

Vahid standartlar

Ölkənin müxtəlif bölgələrində keçirilən imtahanlarda mümkün qədər vahid təşkilati və inzibati standartların tətbiqinə çalışırıq.

Peşəkar İmtahan heyəti

İmtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinə xüsusi tələblər və təlimatlar əsasında nəzarət edilir.

Şəffaflıq

İmtahan prosesinin bütün mərhələlərində şəffaflığın və obyektivliyin qorunmasına xüsusi diqqət yetirilir.

Operativlik

Nəticələrin mümkün qədər qısa müddətdə hazırlanaraq iştirakçılara təqdim edilməsi əsas prioritetlərimizdəndir.

Davamlı İnkişaf

Hər imtahandan sonra prosesin təhlili aparılır, aşkar olunan çatışmazlıqların aradan qaldırılması və növbəti imtahanların daha keyfiyyətli təşkili üçün tədbirlər görülür.

İMTAHAN PROSESİNƏ NƏZARƏT

Regional nümayəndəliklər tərəfindən:

  • imtahan zallarının texniki hazırlığı yoxlanılır;
  • oturma planının düzgün tətbiqinə nəzarət edilir;
  • işıqlandırma və havalandırma kimi şəraitin uyğunluğu qiymətləndirilir;
  • imtahan başlamazdan əvvəl zalın hazırlığı yoxlanılır.

İMTAHANIN GEDİŞİNƏ REAL VAXTDA NƏZARƏT

İmtahan zamanı:

  • qaydaların pozulmamasına;
  • iştirakçıların sakit və rahat mühitdə imtahan verməsinə;
  • imtahan prosesinin müəyyən edilmiş qaydalara uyğun aparılmasına;
  • yaranan təşkilati problemlərin operativ həllinə

nəzarət edilir.

KADR NƏZARƏTİ

İmtahan prosesində iştirak edən əməkdaşların:

  • vaxtında işə gəlməsi;
  • geyim və görünüş standartlarına riayət etməsi;
  • davranış qaydalarına əməl etməsi;
  • verilmiş təlimatları düzgün icra etməsi

nəzarətdə saxlanılır.

Şəffaflığa və imtahan qaydalarına zidd halların qarşısının alınması üçün zəruri tədbirlər görülür.

STANDARTLARA UYĞUNLUQ AUDİTİ

İmtahanın bütün mərhələləri müəyyən edilmiş təşkilati və qiymətləndirmə standartları əsasında nəzərdən keçirilir.

İmtahandan sonra zəruri hallarda hesabatlar hazırlanır və mərkəzi idarəetməyə təqdim olunur.

KEYFİYYƏTİN DAVAMLI TƏMİNATI

Bizim üçün imtahanın başa çatması prosesin sonu deyil.

İmtahanlardan sonra:

  • iştirakçıların rəyləri öyrənilir;
  • təşkilati çatışmazlıqlar müəyyənləşdirilir;
  • növbəti imtahanlar üçün təkmilləşdirmə təklifləri hazırlanır;
  • aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Regional nümayəndəliklərin əsas prinsipi:

Təşkil et → Nəzarət et → Qiymətləndir → Təkmilləşdir.

MƏRKƏZİ İDARƏETMƏ VƏ OPERATİV QƏRARGAH

Regional nümayəndəliklərin fəaliyyəti mərkəzi idarəetmə sistemi ilə koordinasiya olunur.

Operativ Qərargah imtahanların mərkəzi koordinasiyasını həyata keçirir, regional nümayəndəliklərə operativ dəstək göstərir və imtahan prosesləri ilə bağlı yaranan məsələlərin həllini təmin edir.

Bu struktur regional və mərkəzi idarəetmə arasında çevik əlaqənin yaradılmasına xidmət edir.

NƏTİCƏLƏR

İmtahan nəticələrinin mümkün qədər operativ hazırlanması və iştirakçılara təqdim edilməsi fəaliyyətimizin əsas istiqamətlərindən biridir.

Nəticələrin maksimum 48 saat ərzində açıqlanması əsas xidmət standartlarımızdan biri kimi nəzərdə tutulur.

BİZİM FƏLSƏFƏMİZ

  • Kurs deyilik.
  • Repetitorluq etmirik.
  • Hazırlıq xidməti göstərmirik.

Biz yalnız biliklərin qiymətləndirilməsi üçün fəaliyyət göstəririk.

BİLİK QİYMƏTLƏNDİRMƏ MƏRKƏZİ

Yalnız qiymətləndirmə. Yalnız keyfiyyət.

Təhsildə doğru qiymətləndirmə vacibdir

BQM şagirdlərin bilik səviyyəsinin daha düzgün müəyyənləşdirilməsi və onların inkişaf prosesinin izlənilməsi üçün qiymətləndirmə imkanları yaradır.

Keçirilmiş imtahan

90000

Qiymətləndirilmiş şagird

10000

İmtahan iştirakçısı

20000

Tərəfdaş / təhsil müəssisəsi

2000

Bizim Komanda

Mahir Məmmədov
Müəllim
Nahidə Süleymanova
Müəllimə
Zaur Məhərrəmov
Müəllim
Nazilə Məlikova
Müəllimə

9–11-ci siniflər üçün sınaq imtahanları

Dövlət İmtahan Mərkəzinin imtahan formatına uyğunlaşdırılmış sınaq imtahanları vasitəsilə şagirdlərin bilik səviyyəsinin yoxlanılması və real imtahan mühitinə uyğunlaşmasına şərait yaradılır.

5–8-ci siniflər üçün bilik yarışmaları

Şagirdlərin bilik və bacarıqlarının yoxlanılması, rəqabət mühitində özlərini sınaması və təhsilə motivasiyasının artırılması məqsədilə keçirilən qiymətləndirmə tədbirləri.

4 və 6-cı siniflər üçün monitorinq imtahanları

Şagirdlərin erkən mərhələdə bilik səviyyəsinin müəyyənləşdirilməsi, inkişaf dinamikasının izlənilməsi və gələcək qiymətləndirmə proseslərinə psixoloji hazırlığının dəstəklənməsi məqsədilə keçirilir.

HÜQUQİ STATUS

Fəaliyyət istiqaməti:
Sınaq imtahanlarının təşkili və nəticələrin qiymətləndirilməsi

Hüquqi status:
Dövlət qeydiyyatından keçmiş hüquqi şəxs

Təşkilati-hüquqi forma:
Məhdud Məsuliyyətli Cəmiyyət (MMC)

PARTNYORLARIMIZ